Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının sərnişin terminalı yenidən hücuma məruz qalıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də baş verib.
Hücum nəticəsində terminalda yanğın başlayıb. Səudiyyə Ərəbistanının rəsmiləri bir nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb. Hava limanında dəymiş ziyanın müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
//Nəzər.Media
