• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

17 İyul, 26 / 17:06
A A
Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur.

Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyanın XİN rəhbəri Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.

“Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaradıb. Bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır və xüsusilə vurğulamaq istərdim ki, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə söykənir. Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində baş vermiş son tarixi hadisələr, o cümlədən sülh sazişi layihəsinin paraflanması regionumuzda uzunmüddətli sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün unikal imkan yaradır”, – deyə o bildirib.

C.Bayramov qeyd edib ki, müzakirələr zamanı o, Lavrovu azad edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və tikinti işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin cari mərhələsi ilə bağlı məlumatlandırıb.

“Əminliklə demək olar ki, bu gün Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur. Öz növbəsində, Azərbaycanın həyata keçirdiyi müsbət və sülhyönümlü təşəbbüslər, o cümlədən etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar normallaşma prosesini əhəmiyyətli dərəcədə sürətləndirib və bu prosesə böyük müsbət töhfə verib. Əminik ki, sülh prosesində qalan məsələlərin həlli uzunmüddətli, sabit və firavan regionun formalaşması, etimadın üstünlük təşkil etdiyi mühitin yaradılması üçün zəruri şərtləri təmin edəcək”, – deyə nazir əlavə edib.

//milli.az

Previous Post

Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb

Next Post

Narkotik satıcılarına qarşı əməliyyatlar: 161 nəfər həbs olunub - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.