Ölkəmizin “Turan Tovuz” komandası “Tofiq Bəhramov adına Respublika Stadionu”nda Türkiyə nəhəngi “Fənərbaxça”nı qəbul edib. “Boz qurd”la “sarı kanarya”nın görüşünü Azərbaycanlı hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Rəvan Həmzəzadə olub. Ona ədaləti təmsil etməkdə həmyerlilərimiz Şirməmməd Məmmədov və Teymurov kömək edib. Oyunda dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirib. Qarşılaşma 0:2 “Fənərbaxça”nın xeyrinə başa vurub.
Qollar: // 60. Nqolo Kante(0:1), 74. Çağrı Balta(0:2)
Qırmızı vərəqələr: // 33. Meyson Qrinvud,
