UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Fənərbağça” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
İstanbul təmsilçisi Fransanın “Nitsa” klubunda çıxış edən Koco Opponqun transferi ilə bağlı razılığa gəlib.
Məlumata görə, “Fənərbağça” 22 yaşlı qanalı müdafiəçinin keçidi üçün “Nitsa”ya 13 milyon avro ödəyəcək. Futbolçu ilə 4 illik müqavilənin imzalanması planlaşdırılır.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Koco Opponq yeni mövsümdən karyerasını Türkiyədə davam etdirə bilər.
//milli.az
