Martın 4-də gənclər və idman naziri Fərid Qayıbov Şirvanda Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edib.
Qəbuldan öncə nazir Fərid Qayıbov Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Şirvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sonra nazir Fərid Qaylbov Şirvan şəhəri Heydər Əliyev Mərkəzini ziyarət edib.
Şirvan Gənclər Evində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

