• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Fərid Qayıbov Türkiyədə səfərdə olub

04 Aprel, 26 / 23:18
A A
Fərid Qayıbov Türkiyədə səfərdə olub

Aprelin 3-4-də Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Türkiyədə səfərdə olub. Səfər çərçivəsində Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının (COP10) sədri olaraq, aprelin 3-də İstanbul şəhərində “İdmanla əlaqəli bakalavr proqramlarında antidopinq biliklərinin gücləndirilməsi və təhsil potensialının artırılması” mövzusunda seminarın açılış mərasimində iştirak edib.

Həmin gün Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Erdoğanın dəvəti ilə Antalyaya yollanan nazir Fərid Qayıbov Beynəlxalq Etnosport Forumu çərçivəsində Nəcməddin Bilal Erdoğanla və İran İslam Respublikasının gənclər və idman naziri Əhməd Dünyamalı ilə ikitərəfli görüşlər keçirib.

Aprelin 4-də isə nazir Fərid Qayıbov Beynəlxalq Etnosport Forumunun açılış mərasimində çıxış edib.

Səfər çərçivəsində nazir Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edən “Qarabağ” FK-nın U-12 və “Sabah” FK-nın U-14 komandaları ilə görüşüb. Həmçinin Antalya şəhərində keçirilən, TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Türkiyə – Azərbaycan final oyununu türkiyəli həmkarı Osman Aşkın Bak ilə birlikdə izləyib, təltifetmə mərasimində iştirak edib. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin komandası turnirin gümüş medalını qazanıb.

Previous Post

Azərbaycan Su İdman Növləri Federasiyasının idmançıları Sloveniyada mübarizəni davam etdirir

Next Post

Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna start verilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.