Xalq artisti Faiq Ağayevə ağır itki üz verib.
Bu barədə o, feysbuk hesabında bildirib:
“15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağa tapşırıldı… Uzun sürən ağır həyat mücadiləsindən sonra apardı onu bu zəhrimar xəstəlik…
Rahat uyu, o dünyadakı yerin-yurdun gözəl olsun, Elçin! Allah rəhmət eləsin!”
//milli.az
