
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Danışıq zamanı Yaxın Şərqdəki son vəziyyət müzakirə olunub.
Söhbət zamanı Türkiyə hava məkanına yönələn və zərərsizləşdirilən raket məsələsi də gündəmə gətirilib. ABŞ Dövlət Departamenti Rubionun Türkiyənin suveren ərazilərinə hücumların qəbuledilməz olduğunu bildirdiyini açıqlayıb.
Rubio həmçinin ABŞ-ın Türkiyəyə tam dəstək verdiyini vurğulayıb. Daha əvvəl Türkiyə Müdafiə Nazirliyi İran tərəfindən atılan ballistik raketin NATO sistemləri tərəfindən məhv edildiyini bildirmişdi.
//Nəzər.Media
