Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada BMT nümayəndəsi Maria Angela Holquin Kuelyar ilə görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə Kipr məsələsi ətrafında son vəziyyət müzakirə olunub.
Tərəflər adadakı liderlərlə aparılan son təmasları da dəyərləndiriblər. Fidan Kiprdə iki dövlətli həll modelini dəstəklədiklərini bildirib. O, Kipr türklərinin hüquqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayıb.
//Nəzər.Media
