Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçdə keçiriləcək NATO toplantısında iştirak edəcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə Ankarada baş tutacaq NATO zirvəsinin hazırlığı müzakirə olunacaq.
Toplantıda Ukrayna müharibəsi və Hörmüz boğazındakı vəziyyət də gündəmdə olacaq. Fidan Türkiyənin təhlükəsizlik və müdafiə sahəsində mövqeyini açıqlayacaq. NATO daxilində əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə ediləcək.
//Nəzər.Media
