Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Almaniyada mühüm açıqlamalar verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Fidan bildirib ki, Türkiyə olmadan Avropa İttifaqı tam güclü ola bilməz.
Fidan Ankara ilə Brüssel arasında əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu deyib. Almaniyanın Xarici İşlər Naziri ilə tərəflər görüş zamanı ticarət, enerji və müdafiə sahələrini də müzakirə ediblər. Almaniya ilə Türkiyə arasında strateji dialoqun yenidən başladığı vurğulanıb.
//Nəzər.Media
