Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Fidan bunu bölgədə sülh və sabitlik üçün mühüm addım adlandırıb.
Fidan əlavə danışıqların da davam edəcəyinə ümid etdiyini bildirib. Türkiyə xarici işlər naziri Türkiyənin prosesə əvvəldən dəstək verdiyini vurğulayıb. Nazir ölkəsinin bölgədə sülhə töhfə verməyə davam edəcəyini qeyd edib.
//Nəzər.Media
