Türkiyənin xarici işlər naziri Hakan Fidan Sofiyada bir sıra görüşlər keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Fidan Yunanıstanın Xarici İşlər naziri Yorqos Yerapatris ilə regional məsələləri müzakirə edib.
Tərəflər dəniz səlahiyyət zonaları ilə bağlı fikir mübadiləsi aparıblar.Görüşdə Kipr məsələsi və Şərqi Aralıq dənizindəki vəziyyət də müzakirə olunub.
//Nəzər.Media
