Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqına Türkiyə ilə bağlı çağırış edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Stubb genişlənmə məsələsində daha böyük düşünməyin vacib olduğunu bildirib.
Stubb Türkiyənin üzvlüyünün ciddi şəkildə müzakirə edilməsini istəyib.Onun sözlərinə görə, təhlükəsizlik baxımından Türkiyənin əhəmiyyəti böyükdür. Bu mövzu Avropa İttifaqında yenidən müzakirələrə səbəb olub.
//Nəzər.Media
