
Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etirazlarda 1314 nəfər saxlanılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, aksiyalarda 410 min nəfərin iştirak etdiyi bildirilir.
Etirazlar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Hadisələrdə 53 polis əməkdaşı yaralanıb. Ölkənin müxtəlif şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.
//Nəzər.Media
