Fransada bahalaşmaya qarşı keçirilən etirazlar zorakılıqla nəticələnib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisələr zamanı 2 mindən çox insan saxlanılıb.
Ölkə üzrə mağazalara və iş yerlərinə ciddi ziyan dəyib. Polis, jandarm və yanğınsöndürənlərdən 600-dən çoxu xəsarət alıb. Prezident Emmanuel Makron bəzi aksiyaların qadağan edilə biləcəyini bildirib.
//Nəzər.Media
