Fransanın Limoges şəhərində etirazlar zamanı bələdiyyə binasında yanğın baş verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ölkədə gərginlik artıb.
Hadisə yerinə yanğınsöndürənlər və polis cəlb olunub. Fransa Prezidenti Emmanuel Makron etirazların yaratdığı qəzəblə bağlı açıqlama verib. Hadisənin səbəbləri və dəymiş ziyanla bağlı əlavə məlumat yayılmayıb.
//Nəzər.Media
