Fransada güclü istilər ağır nəticələrə səbəb olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki,iyunda 5 700-dən çox əlavə ölüm qeydə alınıb.
Ölənlərin əksəriyyəti 75 yaşdan yuxarı şəxslərdir. Kəskin istilər xəstəxanaların təcili yardım şöbələrinə müraciətləri də artırıb. Mütəxəssislər gənclər və açıq havada çalışanların da ciddi risk altında olduğunu bildirirlər. Eyni zamanda, Avropada quraqlıq daha da dərinləşir. Alimlər bunu iqlim dəyişikliyi və rekord istilərlə əlaqələndirirlər. Bunun nəticəsində su ehtiyatları azalır, kənd təsərrüfatı isə ciddi zərər görür.
//Nəzər.Media
