Fransada yüzlərlə supermarketin soyutma sisteminə kiberhücum edilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hücumçular soyuducuların temperaturunu uzaqdan 50 dərəcəyədək yüksəldiblər.
Nəticədə çoxlu ərzaq məhsulu xarab olub. Sağlamlıq riskinə görə həmin məhsullar məhv edilib. Hücum nəticəsində ölkə üzrə zərərin milyonlarla avroya çatacağı gözlənilir.
//Nəzər.Media
