Fransada meşə yanğınları davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ən ciddi vəziyyət Drom vilayətindədir.
Yanğın təxminən bir həftədir davam edir. Diois şəhərində 400 hektara yaxın ərazi yanıb. Yanğının söndürülməsi üçün 400-dən çox yanğınsöndürən çalışır. Əraziyə helikopter və yanğınsöndürən təyyarələr də cəlb olunub. Yanğın zamanı 4 yanğınsöndürən yüngül xəsarət alıb. Ölkə üzrə 17 vilayətdə yanğın təhlükəsi yüksək qiymətləndirilib.
//Nəzər.Media
