Parisdə etiraz aksiyasında iştirak edən 31 yaşlı qadın polis əməkdaşından şikayət edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, qadın hadisənin oktyabrın 8-də baş verdiyini bildirib.
Qadın polis əməkdaşının ona qarşı fiziki və cinsi zorakılıq etdiyini iddia edib. Hadisə ilə bağlı Fransanın Polis Baş Müfəttişliyinə şikayət verilib. İttihamla bağlı araşdırmanın nəticəsi barədə məlumat verilməyib.
//Nəzər.Media
