Fransada kütləvi etirazlardan sonra bir sıra şəhərlərdə aksiyalara qadağa qoyulub. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, qərar ölkədə baş verən gərgin hadisələrdən sonra qəbul edilib.
Etirazlar həyat bahalılığı və təhsil problemlərinə qarşı başlayıb. Bəzi şəhərlərdə nümayişlər zorakılıq və qarətlə müşayiət olunub. Hakimiyyət ictimai asayişi qorumaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib.
//Nəzər.Media
