• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Gələn ilin əvvəli meteor yağışı olacaq - Bakıdan da görünəcək

29 Dekabr, 25 / 12:17
A A
Gələn ilin əvvəli meteor yağışı olacaq - Bakıdan da görünəcək

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Yanvarın əvvəlində maraqlı astronomik hadisə – Kvadrantid meteor yağışı müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Milli.Az-a verilən xəbərə görə, meteor yağışı dekabrın 12-dən yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi, saat 03:00 radələrində gözlənilir.

“Meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının səmanın ən yüksək nöqtəsinə çatdığı anlardır. Bu zaman meteorların sayı və görünmə ehtimalı artır. Maksimum aktivlik zamanı saatda 120 meteor müşahidə oluna bilər. Bakı üçün real müşahidə şəraitində bu rəqəm təxminən 100-113 meteor/saat təşkil edə bilər. Bu il maksimum aktivlik günündə Ay demək olar ki, tam Ay fazasında olacaq və bu da müşahidələrə mənfi təsir göstərəcək. Ay işığı zəif meteorların görünməsini çətinləşdirəcək, lakin parlaq meteorları müşahidə etmək yenə də mümkün olacaq.

Kvadrantid meteor yağışı digər klassik meteor yağışlarından fərqli olaraq, kometdən deyil, (196256) 2003 EH₁ adlı asteroid mənşəli cisimdən qaynaqlanır. Bu asteroid Günəş ətrafında təxminən 5,5 il ərzində dövr edir. Ehtimala görə, bu obyekt keçmişdə aktiv komet olub və zamanla parçalanaraq asteroid xarakteri alıb. Yer kürəsi hər il yanvarın əvvəlində bu cismin orbitində qalan toz və qaya hissəciklərindən ibarət axından keçərkən Kvadrantid meteorları yaranır.

Meteorlar Yer atmosferinə təxminən 41 kilometr/saniyə sürətlə daxil olur və parlaq işıq izləri buraxır. Kvadrantid meteor yağışı qısaömürlü, lakin ilin ən intensiv meteor yağışlarından biri hesab olunur”, – məlumatda qeyd olunub.

//milli.az

Previous Post

Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ

Next Post

2026-cı il üçün qadağan edilmiş maddələrin siyahısı açıqlandı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.