• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maqazin

"Gəlinin atası toyda məni DÖYMƏK İSTƏYİB"

20 Aprel, 26 / 15:04
A A
"Gəlinin atası toyda məni DÖYMƏK İSTƏYİB"

Müğənni Əminə Şirin maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sənətçi iştirak etdiyi toylardan birində yaşanan qalmaqallı hadisəni xatırladaraq bildirib ki, həmin məclisdə gəlinin anası onun ifasına görə əsəbiləşib və hətta onu döymək istəyib.

Əminə Şirin qeyd edib ki, idarə etdikləri toylarda müxtəlif janrlarda – həm milli mahnılar, həm də caz ifa edirlər:

“Toyların birində idik. Biz bütün janrlarda oxuyuruq. Bir az caz da ifa edirdim, əsasən milli mahnılar olurdu ki, insanlar rəqs etsin. Mən caz oxuyanda gəlinin anası çox əsəbiləşmişdi. Dedilər ki, əsəbiləşib, səni döymək istəyir. Mənə dedilər, get maşında otur. O vaxtlar çılğın idim, indi də fərqli deyiləm. Dedim ki, necə yəni döymək istəyir, nə ixtiyarı var? Sağ olsun desin ki, toyunu konsert kimi idarə edirəm”.

Müğənni əlavə edib ki, vəziyyəti sakitləşdirmək üçün ona müdaxilə edilib. O bildirib ki, həmin vaxt prodüser Vaqif Gərayzadə ona maşında oturmağı tövsiyə edib. Daha sonra isə müğənni Samir Piriyev vəziyyətin sakitləşdiyini bildirərək onu yenidən səhnəyə dəvət edib.

Sənətçi onu da vurğulayıb ki, həmin dövrdə o, “Aypara” qrupunda Samir Piriyevlə birlikdə fəaliyyət göstərirdi.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu açıqlama izləyicilər tərəfindən maraqla qarşılanıb.

//milli.az

Previous Post

Hərəkətdə olan avtomobil yandı

Next Post

İlqarə Kazımovanın bu istedadı da varmış... - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.