Girnədə baş verən gəmi qəzasında 8 nəfər həyatını itirib, 20 nəfər itkin düşüb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, faciədən sonra Cənubi Kiprdə bəzi sosial şəbəkə istifadəçiləri nifrət dolu paylaşımlar edib.
Paylaşımlarda türklərə qarşı ağır və təhqiramiz ifadələr işlədilib. İfrat sağçı ELAM partiyasının deputatı Fivos Kiprianou da ölənləri hədəf alan paylaşım edib. Bununla yanaşı, Cənubi Kipr rəhbəri Nikos Xristodulidis yardım təklif edib və nifrət çağırışları bəzi yazarlar tərəfindən də pislənib.
//Nəzər.Media
