• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Gəncə Avropa Kubokunun püşkatma mərasimi keçirilib

03 Aprel, 26 / 22:49
A A
Gəncə Avropa Kubokunun püşkatma mərasimi keçirilib

Aprelin 3-də Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib. Tədbirdə Avropa Cüdo Birliyinin (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.
Mərasimin əvvəlində çıxış edən ACF-in baş katibinin müavini, idman direktoru Kamran Talıbov turnirin təşkilinə göstərilən dəyərli dəstəyə və səmərəli əməkdaşlığa görə Avropa Cüdo Birliyinə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinə səmimi təşəkkürünü bildirib. O, həmçinin bütün iştirakçılara uğurlar arzulayıb.
EJU-nun idman komissarı Albert Qmayner qurumun prezidenti Laslo Totun adından iştirakçıları salamlayıb. O, turnirin yeniyetmə cüdoçuların idman karyerasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb və yarışın təşkilində göstərilən səylərə görə ACF-ə minnətdarlığını ifadə edib.
Daha sonra çıxış edən EJU-nun hakimlər üzrə baş komissarı Frank Oko qeyd edib ki, Gəncə Avropa Kubokunun görüşləri 15 yerli və beynəlxalq dərəcəli hakim tərəfindən idarə olunacaq.
Beynəlxalq turnirdə 10 ölkədən 180 oğlan və 89 qız olmaqla, ümumilikdə 269 cüdoçu 16 çəki dərəcəsində mübarizə aparacaq. Azərbaycan yarışda 127 idmançı (92 oğlan, 35 qız) ilə təmsil olunacaq. Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları da iştirak edəcəklər.

Previous Post

Yelkən idmanı üzrə “Sailing Point Easter Regatta 2026”nın 2-ci günü başa çatıb

Next Post

AGF TROPHY 2026 beynəlxalq turnirinin ilk günü başa çatıb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.