Gənc yaşda müntəzəm idman etmək depressiya riskini azalda bilər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, araşdırma fiziki aktivliyin uzunmüddətli psixi sağlamlığa müsbət təsir etdiyini göstərib.
Tədqiqatda minlərlə insanın sağlamlıq məlumatları araşdırılıb. Nəticələr idman edən gənclərin depressiyaya daha az məruz qaldığını göstərib. Mütəxəssislər müntəzəm hərəkətin vacibliyini vurğulayıblar.
//Nəzər.Media
