İngiltərədə aparılan araşdırma gənclərin süni intellektə yüksək inamını ortaya qoyub. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, 11-24 yaş arası gənclərin 47 faizi məlumatı yoxlamaq üçün insandan çox süni intellektə güvənir.
Araşdırmada 4 mindən çox gənc iştirak edib. Onların 87 faizinin süni intellekt alətlərindən fəal istifadə etdiyi müəyyənləşib. Nəticələr təhsil sisteminin süni intellektə uyğunlaşması ilə bağlı müzakirələri gücləndirib.
//Nəzər.Media
