Gürcütanın paytaxtı Tbilisidə “Hilton” oteldə “Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi” (GASU) fəaliyyətinin bir illiyini qeyd edib.
Nəzər.Media xəbər verir ki, tədbirdə “GASU” rəhbəri Aytəkin Allahverdiyeva bir il çərçivəsində görülən işlərin hesabatının təqdimatını edib. Daha sonra “GASU” üzvləri Nigar Mamedova, Aylin Hümbətova, Sara İsgəndərova, Firəngiz Hüseynova, Lala Babayeva, Elvina İsmayılova, Bağda Əliyeva, Zeynəb Nurmamedova, Mehdi Əhmədov çıxış edərək təşkilat haqqında fikirlərini bildirərək GASU-nun həyatlarındakı önəmindən danışdılar.
Tədbir çərçivəsində Azərbaycanda fəaliyyət göstərən “Qan Donorları Asosiyassiyası”nın rəhbəri Fuad Əsgərova gənclər sahəsində Gürcüstan-Azərbaycan əlagələrinin inkişafına görə, “OXU Təhsil Mərkəzi” nin rəhbəri Murad Muradov tələbələrin inkişafına verdiyi töhvəyə görə plaketləri təqdim olundu. Həmçinin GASU tərəfindən təşkil olunan “WUF 26 Tbilisi” Simulyasiyasının konkursunun qalibi Zeynəb Nurmamedova simvolik hədiyyə ilə mükafatlandırlıb. Tədbirdə ictimaiət nümayəndələri, qonaqlar çıxışlarında gənclərə uğurlar arzu etdilər. Tədbirin moderatorluğunu isə gənc fəal Ruxsara Mamedova edib. Yekunda xatirə şəkli çəkdirildi.

