Girnə yaxınlığında batan sərnişin gəmisində daha bir nəfərin meyiti tapılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, meyit axtarış işləri zamanı dənizin dibində aşkarlanıb.
Meyitin kimliyinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Qəza avqustun 30-da baş verib. Hadisə zamanı 239 nəfər xilas edilib. Axtarış işləri itkin şəxslərin tapılması üçün davam edir.
//Nəzər.Media
