• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Güləşçilər ilin son reytinq turnirində

14 İyul, 26 / 12:41
A A
Güləşçilər ilin son reytinq turnirində

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.

Mövsümün 4-cü reytinqi turnirində ölkəmizi 21 güləşçi təmsil edəcək.

İyulun 19-dək davam edəcək turnirə sərbəst güləşçilər start verəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) məsul yarışda gücünü sınayacaq.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Nərgiz Səmədova, Əsmər Cankurtaran (hər ikisi (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzazadə (68 kq) uğur qazanmağa çalışacaq.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə ölkəmizi Elmir Əliyev (60 kq), Murad Məmmədov, Sakit Quliyev (hər ikisi 63 kq), Məhəmməd Şükürzadə (67 kq) və Arif Niftullayev (97 kq) təmsil edəcək. Komandanın məşqçilər korpusuna böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramov daxildir.

İlkin görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Reytinq turnirində I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

 

Previous Post

Makrondan Avropaya çağırış

Next Post

Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.