• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Gülay və Elvin də Avropa çempionatının finalına yüksəldi

22 May, 26 / 22:50
A A
Gülay və Elvin də Avropa çempionatının finalına yüksəldi

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı davam edir.

Yarışın üçüncü günündə iki güləşçimiz Avropa çempionatının finalına yüksəlib.

Qadın güləşi

Gülay Xasməmmədova (36 kq) türkiyəli Damla Beyan (12:5), polşalı Nikola Pşiblin (tuş) və ukraynalı Oleksandra Sozinovaya (tuş) qalib gələrək finala vəsiqə qazanıb. Təmsilçimiz sabah həlledici görüşdə rusiyalı Yelizaveta Kirillovayla güləşəcək.

Leyla Əsgərova (42 kq) təsnifat mərhələsində rusiyalı Kseniya Sitenkovaya 2:6 hesabıyla məğlub olub.

Günel Kərimli (50 kq) niderlandlı Yuna Vallenburqu “tuş”la mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ukraynalı İvanna Maydanska ilə bacarmayıb – 3:13.

Zərifə Əliyeva (58 kq) debütdə belaruslu Arina Dudkaya (1:3), Fatimə Qayqiyeva (65 kq) isə macarıstanlı Jofiya Yunqa (0:10) uduzub.

Sərbəst güləş

Yusif Bədəlov (68 kq) 1/8 finalda belaruslu Kiril Prızə (4:8), Xəyal Şükürlü (75 kq) isə təsnifat mərhələsində yunanıstanlı Xristos Taxmazidisə (4:5) məğlub olub.

Əvəzində Elvin Necəfzadə (85 kq) heç bir rəqibinə şans tanımayıb. O, belaruslu Yaqor Staskeviçə (10:0) və ukraynalı Borimir Kotlyara (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda türkiyəli Poyraz Bilgini 6:0 hesabıyla üstələyən Necəfzadə adını finala yazdırıb. Elvin sabah həlledici qarşılaşmada rusiyalı İbragim Maqomedovla güləşəcək.

Previous Post

U-17 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb

Next Post

Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.