• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maqazin

"Hacı Şahinin o çıxışından sonra bizə təzyiqlər səngidi" - VİDEO

18 Avqust, 26 / 16:23
A A
"Hacı Şahinin o çıxışından sonra bizə təzyiqlər səngidi" - VİDEO

Aktyor Azər Aydəmirov müsahibəsi zamanı “Sonuncu şam yeməyi” filmində canlandırdığı obraz və ekran işi ətrafında yaranan müzakirələrdən danışıb.

Sənətçi bildirib ki, filmdəki bəzi zarafatlar və komedik yanaşma müəyyən dini təbəqələrin narazılığına səbəb olub. Onun sözlərinə görə, layihənin rəhbəri Əlixan olsa da, proses zamanı özü də onun yanında olmalı və yaranan təzyiqlərlə birlikdə mübarizə aparmalı olub.

Aydəmirov qeyd edib ki, filmin nümayişindən sonra onların yumorunu və komediya üslubunu qəbul etmək istəməyən insanlar da olub:

“Filmlə bağlı müəyyən təzyiqlər var idi. Zarafatlarımızı, komediyamızı anlamaq istəməyən bir təbəqə mövcud idi. Bu səbəbdən müəyyən problemlər yaşandı”.

Aktyor mərhum ilahiyyatçı Hacı Şahinin film ətrafında yaranan müzakirələrə münasibətini də xüsusi qeyd edib. O, Hacı Şahinin mövzu barədə çıxışından sonra müzakirələrin səngidiyini bildirib:

“Allah Hacı Şahinə qəni-qəni rəhmət eləsin. Onun bu mövzu ilə bağlı verdiyi cavab çox məntiqli idi. Hacı Şahinin çıxışından sonra müzakirələr də səngidi”.

Aydəmirov düşünür ki, illər keçməsinə baxmayaraq, “Sonuncu şam yeməyi” və digər filmlər hələ də tamaşaçılar üçün aktuallığını qoruyur. Aktyor bildirib ki, bəzi insanlar onunla söhbət zamanı film haqqında elə danışırlar ki, sanki ekran işinə yenicə baxıblar.

Sənətçinin sözlərinə görə, filmin hazırda da müzakirə olunması və müsahibədə səsləndirdiyi fikirlərdən sonra ekran işinə marağın artması mümkündür. O hesab edir ki, filmi izləməyən bəzi tamaşaçılar belə bu söhbətdən sonra “Sonuncu şam yeməyi”nə baxmaq qərarına gələ bilərlər.

Azər Aydəmirovun “Sonuncu şam yeməyi” filmi, ekran işi ətrafında yaşanan qalmaqal və Hacı Şahinin münasibəti ilə bağlı səsləndirdiyi fikirlər ətraflı videoda:

 

//milli.az

Previous Post

Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

Next Post

Karlos müsəlman olub? - “Fənərbağça”nın keçmiş ulduzu ilə bağlı iddia

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.