Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda iki mühüm görüş keçirəcək. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, görüşlərdə Türkiyə, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri iştirak edəcək.
Görüşlərdə Fələstin məsələsi və Hörmüz boğazındakı vəziyyət müzakirə olunacaq. Yəməndəki hadisələr və Rusiya-Ukrayna müharibəsinin dayandırılması yolları da gündəmdə olacaq. Tərəflər gələcək əməkdaşlıq imkanlarını da nəzərdən keçirəcəklər.
//Nəzər.Media
