Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Mark Rutte ilə danışıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, tərəflər telefonla əlaqə saxlayıblar.
Görüş zamanı müttəfiqlər arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilir. Tərəflər regional və beynəlxalq gündəmi də nəzərdən keçiriblər. Danışığın təfərrüatları barədə əlavə məlumat verilməyib.
//Nəzər.Media
