Hakan Fidan həmkarları ilə danışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Fidan Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə telefonla danışıb.
Tərəflər Qəzzada sülh planının icrasında yaranan problemləri müzakirə ediblər. Onlar Suriyadakı son vəziyyəti və ölkədə sabitliyin təmin olunması məsələsini də nəzərdən keçiriblər. Görüşdə həmçinin Hörmüz boğazındakı vəziyyət və tərəflər arasında davam edən danışıqlar müzakirə olunub.
//Nəzər.Media
