Türkiyənin xarici işlər naziri Hakan Fidan Sinqapura rəsmi səfər edəcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə xəbər verir ki, Bu, onun ölkəyə ilk rəsmi səfəri olacaq.
Səfər çərçivəsində bir sıra dövlət rəsmiləri ilə görüşlər planlaşdırılıb. Tərəflər ikitərəfli münasibətləri və iqtisadi əməkdaşlığı müzakirə edəcək. Regional və qlobal məsələlərin də gündəmdə olacağı bildirilir.
//Nəzər.Media
