Almaniya ilə Kurasao arasında keçirilən oyundan əvvəl qalmaqal yaşanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, VAR otağında olan hakim Şaun Evansın əl hərəkəti müzakirələrə səbəb olub.
Həmin işarənin irqçi məna daşıdığı iddia edilir. FIFA məsələ ilə bağlı araşdırmaya başlayıb. Hadisə oyunun nəticəsindən daha çox diqqət çəkib.
//Nəzər.Media
