Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Hadisə zamanı halı pisləşən sürücü avtomobili dirəyə çırpıb. Dirək isə piyadanın üzərinə aşıb. Qəza piyadanın yaralanmasına səbəb olub. O dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
