Avrokuboklardakı təmsilçilərimizdən “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində “Tofiq Bəhramov adına Respublika Stadionu”nda İsrailin “Hapoel Beer-Şeva” klubunu qəbul edib. Qarşılaşmanı Rumıniyadan olan hakimlər idarə edib. Qarşılaşmanın baş hakimi İştvan Kovaç olub. Ona ədaləti təmsil etməkdə Mihay Marika və Ferens Tunyoqi kömək edib. Dördüncü hakim funksiyasını Şabolç Kovaç yerinə yetirib VAR hakimi almaniyalı Bastian Dankertə rumıniyalı Ketelin Popa kömək edib. Matçda 5:2 qalib gələn “Sabah” ümumi hesabda 6:4 qalib gələrək adını UEFA Çempionaşlar Liqasının liqa mərhələsinə yazdırıb. Qeyd edək ki, komandalar arasında ilk görüşdə “Sabah” 2:1 məğlub olmuşdu.
“Sabah”-“Hapoel Beer-Şeva”-5:2(6:4)
Qollar: 38.Kristian Nvacukvu(1(2):1(3), 74.Umarali Rahmonaliyev(2(3):2(4), Telliur Mütəllimov90+4(3(4):2(4),101.Orp Mbina(4(5):2(4),115.Coy Ley-Mikels(5(6):2(4)// 10.İqor Zlotoniviç(0(1):1(3)), 61. Gay Mirzahi(1(2)-2(4))
Qırmızı vərəqələr: //100.Djibril Diop
