Hava çirkliliyi gözlər üçün də ciddi təhlükə yaradır. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, çirkli hava gözlərdə yanma, quruluq və qızartıya səbəb ola bilər.
Çirkli havadakı zərərli hissəciklər göz səthinə təsir edir. Uzun müddət belə havaya məruz qalmaq görmə problemlərinə yol aça bilər. Mütəxəssislər çirkli havanın çox olduğu günlərdə gözlərin qorunmasını tövsiyə edir.
//Nəzər.Media
