“Yarıdıcı insanlar həssas olurlar. Hansısa hadisə yadıma düşər və onun aurasında qala bilərəm”.
Bu sözləri müğənni Ayan Babakişiyeva “Mədəni şou”da deyib. Sənətçi son vaxtlar verilişlərdə ağlaması haqda sualları cavablandırıb:
“Yaşadığımız həyatda bizə toxunan çox şey var. O demək deyil ki, efirdə ağlayıram və böyük problemim var. Kövrək insanam. Övladımı düşünüb ağladığım anlar olub. Heç vaxt heç bir kişi üçün göz yaşı tökməmişəm”.
//Axşam.az
