• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Hikmət Hacıyev Parisdə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətləri müzakirə edib

19 Mart, 26 / 1:47
A A
Hikmət Hacıyev Parisdə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətləri müzakirə edib

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Parisdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətləri müzakirə edib.

Nəzər.Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Prezident İlham Əliyevlə Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə Prezidentin diplomatik müşaviri Emmanuel Bonne və digər fransalı həmkarlarımla səmərəli görüş keçirdim.

Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq”, – o yazıb.

Xatırladaq ki, martın 8-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb.

Fransa Prezidenti ölkəsinin Azərbaycanla həmrəy olduğunu bildirib və İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumu ilə əlaqədar dəstəyini ifadə edib.

Emmanuel Makron həmçinin İranda olan Fransa vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsi üçün yaradılan şəraitə görə dövlət başçımıza təşəkkürünü bildirib.

Prezident İlham Əliyev telefon zənginə və göstərilən həmrəyliyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin yenidən bərpası ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.

Previous Post

İnternat məktəbinin şagirdi imtahan günü öldü

Next Post

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.