Hindistanda seçici siyahılarının yenilənməsinə qarşı etirazlarda saxlanılan siyasi hərəkatın üç rəhbəri azadlığa buraxılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Abhijit Dipke, Saurav Das və Ashutosh Ranka bir il ərzində ictimai asayişi pozmamaq şərti ilə sərbəst buraxılıblar.
Etirazçılar seçici siyahılarının dəyişdirilməsinə qarşı çıxıblar. Paytaxt Yeni Dehlidə keçirilən aksiyaya polis müdaxilə edib. Hadisələr zamanı 2 mindən çox nümayişçi saxlanılıb.
//Nəzər.Media
