Hindistanda güclü sel baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təbii fəlakət Assam ştatını əhatə edib.
Son məlumatlara görə, sel nəticəsində ölənlərin sayı 100-ə çatıb. Ştatda 1,1 milyondan çox insan seldən zərər çəkib. Güclü yağışlar bölgənin infrastrukturuna da ciddi ziyan vurub. Təxminən 17 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb. Mütəxəssislər hadisənin musson yağışları ilə bağlı olduğunu bildirirlər.
Qeyd edək ki, bu yağışlar hər il Cənubi Asiyada ciddi fəlakətlərə səbəb olur.
//Nəzər.Media
