Hörmüz boğazında üç tanker və bir konteyner gəmisi naməlum sursatlarla vurulub. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisələr oktyabrın 11-də baş verib.
Tankerlərdən üçü boğazdan çıxmağa çalışırmış. Digər gəmi isə boğazın girişinə doğru hərəkət edirmiş. Hadisələrlə bağlı araşdırma başlanıb, gəmilərdəki heyətin vəziyyəti və ətraf mühitə mümkün zərər qiymətləndirilir.
//Nəzər.Media
