Hörmüz boğazında gərginlik yenidən artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tankerin yaxınlığında iki partlayış səsi eşidilib.
Hadisə Omanın Kumzar sahilləri yaxınlığında baş verib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) tankerin boğazdan keçidi zamanı yaxınlıqda iki partlayış səsinin qeydə alındığını açıqlayıb. Məlumata görə, hadisə gəminin kapitanı tərəfindən dərhal aidiyyəti quruma bildirilib. Bildirilib ki, ekipaj üzvləri və tanker təhlükəsiz vəziyyətdədir. Hadisə nəticəsində ətraf mühitə hər hansı ziyanın dəymədiyi vurğulanıb. UKMTO bölgədə üzən gəmiləri ehtiyatlı olmağa və şübhəli halları dərhal məlumat verməyə çağırıb.
//Nəzər.Media
