Hörmüz bölgəsində gecə saatlarında silahlı toqquşma baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran tərəfi ABŞ qüvvələrinin tankerə hücum etdiyini bildirib.
Vaşinqton isə cavab zərbələrinin müdafiə məqsədli olduğunu açıqlayıb.Bəndər-Abbas və ətrafında güclü partlayış səsləri eşidilib.
Tehran hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bəyan edib.
//Nəzər.Media
