“Hörümçək Adam: Tamamilə Yeni Gün” rekord qırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, film 2 milyard dollar gəlir əldə edib.
Bununla da film 2 milyard dollar həddini keçən səkkizinci ekran əsəri olub. Film bu həddə 11 günə çatan “Avengers: Endgame”dən sonra ən sürətli nəticəni göstərib. Seriyanın əvvəlki filmi “No Way Home” isə 1,9 milyard dollar gəlir əldə etmişdi.
//Nəzər.Media
