Yəməndəki husilərin uzaqmənzilli ballistik raket hazırlamaq cəhdləri barədə yeni məlumatlar yayılıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, raket hissələrinin Çindəki təchizatçılarla əlaqəsi araşdırılır.
Mütəxəssislər bu sistemin İranın “Hayber Şekan” raketinə bənzəyə biləcəyini bildirirlər. Raketin ehtimal olunan mənzili 1930 kilometrdir. Lakin husilərin belə bir raketi hazırladığı hələ təsdiqlənməyib.
//Nəzər.Media
